YouTube onlayn TV xidmətini istifadəyə verəcək

11-07-2016 / 11:50

YouTube onlayn TV servisini gələn il istifadəyə verməyə hazırlaşır.

Xeberler.az The Information-ə istinadən məlumat verir ki, şirkət onlayn  TV servisi üçün  ESPN, ABC və CBS  kimi nəhəng media qurumları ilə görüşlər təşkil edir.

Məlumatlara görə,  ESPN, ABC və CBS  kimi böyük yayım şirkətləri YouTube-un onlayn TV servisinin daxilində yer alacaq.

Qeyd edilib ki, YouTube ilk mərhəldə az sayda istifadəçiyə sahib  HGTV  kimi yayım şirkətlərini bu servisə daxil etməyəcək.

Kabelli yayıma abunə olmaq istəməyən istifadəçiləri  hədəfləyən YouTube-un onlayn TV servisi üçün təyin etdiyi  aylıq qiymət isə 35 dollar ətrafında olacaq.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə