YouTube rekord qırmağa davam edir

19-05-2010 / 11:47

Dünyanın ən məşhur video paylaşım saytı olan YouTube izlənmə rekordu qırır. Rəhbərliydən verilən xəbərə görə, Sayta gün ərzində 2 milyarddan çox istifadəçi daxil olur. Bu rəqəm ABŞ-ın öndə gedən TV kanallarını dəfələrlə qabaqlayır. Bugünlərdə 5 yaşını qeyd edən sayta hər dəqiqə 24 saatlıq video yüklənir.

Xatırladaq ki, 2005-ci ildə həvəskar videoların paylaşılması üçün hazırlanan YouTube, Google tərəfindən 2006-cı ildə 1,65 milyard dollara alınmışdı.

Dünyanın ən məşhur internet saytlarından olan YouTube 23 ölkədə 24 fərqli dildə xidmət edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə