YouTube üçün virtual reallıq əlavəsi təqdim edilib

11-11-2016 / 13:13

Google şirkəti istifadəçilərin YouTube servisinə bütün qurğulardan daxil olmalarına imkan yaradılması üçün əlindən gələni edir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, kompüterlərdə videoya brauzerlə baxmaq mümkündür, smartfon, planşet, Android TV sistemli qurğular və ağıllı televizorlar üçün ayrı-ayrı əlavələr mövcuddur.

Bu dəfə isə şirkət YouTube-a yeni YouTube VR servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb.

YouTube-un mobil versiyasında əvvəllər  stereoskopik təsvir rejimini qoşmaq mümkün olsa da, başqa videonun seçilməsi üçün qarniturun başdan soyundurulması, smartfonun çıxarılması və lazımi çarxın axtarılması tələb olunurdu. YouTube VR əlavəsində interfeys bütünlüklə virtual reallıqda idarəetməyə adaptasiya edilib.   
 
Əlavə Daydream VR virtual reallıq platforması və bu həftə satışa çıxarılan Daydream View kaskasına uyğun hazırlanıb. YouTube VR əlavəsinin daxilində istifadəçilər şərhlər oxuya, səs və ya klaviatura vasitəsilə yeni videolar axtara, eləcə də adi çarxlara həm "teatr" rejimində, həm də 360 dərəcəlik videolara baxa bilərlər.
 
YouTube VR əlavəsinin işə salınması üçün Daydream VR kaskasının tələblərinə cavab verən smartfon tələb olunur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə