YouTube yaxında pullu bir musiqi xidmətini istifadəçilərə təqdim edəcək

24-02-2015 / 12:30

YouTube yaxında Spotify bənzərli bir musiqi xidmətini istifadəçilərinə təqdim edəcək. Amma bu musiqi xidməti ödənişli olacaq. Yəni qısa müddət sonra ödənişli YouTube-a hazır olmağınız lazımdır. Bu pullu musiqi xidmətinin adı isə “Music Key” oldu. Uzun müddətdir ki, Music Key test mərhələsində idi.

Music Key xidmətində heç bir reklam olmayacaq, amma dediyimiz kimi ödənişli abunə sistemi tətbiq ediləcək. Həmçinin istəsəniz, videonu yalnız səs faylı olaraq dinləyə biləcəksiniz.

İddialara görə, bir neçə aya Music Key ilə tanış olacaqsınız. Aylıq ödənişi 7.99 dollar olacak. Spotify-dakı kimi Off-line istifadə oluna biləcək və arxa planda da oxutma imkanı olacaq. Yəni bu vəziyyətdə bir neçə aya Spotify-a olduqca güclü bir rəqib gəlir deyilə bilərik.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə