Yüksək Texnologiyalar Parkının yeni loqsu təqdim olundu-Foto

24-11-2016 / 10:54

Rabitə və Yüksək  Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı – YT Park MMC-nin yeni əmtəə nişanı (loqo) təqdim olunub.

Xeberler.az-ın məlumatına görə, loqo Yüksək Texnologiyalar Parkında elmin və innovasiyanın inkişafını təcəssüm etdirir. Əmtəə nişanının mərkəzində yerləşən əsas elementlər elmi tədqiqatları və  yüksək texnologiyaların vəhdətini bildirir.

 

Kənar hissədəki səkkizguşəli ulduz isə Azərbaycan Respublikasının dövlət bayrağı və gerbinin elementlərini simvolizə edir.

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı əsasında yaradılıb. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.