Zaqatalada müasir tələblərə uyğun infrastruktur qurulub

22-09-2015 / 13:29

Zaqatala rayonunun bütün kəndlərində EATS -lər Fiber optik xətt üzərindən qoşulub və rayon əhalisinə internet Fiber optik xətt üzərindən verilir.

Bunu Xeberler.az-a açıqlamasında Zaqatala Telekommunikasiya Qovşağının rəisi Həsən Ömərov bildirib.

Həsən Ömərovun sözlərinə görə, 2015-ci il ərzində Zaqatala rayon mərkəzində 2 ədəd Yuxarı Tala, Muxax, Əliabad, Aşağı Tala, Danaçı, Kəpənəkçi, Zəyəm, Car, Fındıqlı, Kebeloba kəndlərində yeni NGN texnologiyası əsasında quraşdırılan EATS-lar qurulub. Hazırda kabelləşmə işləri başa çatmaq üzrədir. Tam başa çatmış EATS-lar əhalinin istifadəsinə verilib.

Qovşağ rəisi Xeberler.az-a bildirib ki, NGN texnologiyası əsasında quraşdırılan ATS-lər bir çox üstünlüklərə malikdir. Belə ki, istifadəçilər telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksək sürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri ala biləcəklər.

 

Mirvari Nəcəf

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə