Zaqatalanın bütün kəndlərində sürətli internet var

22-09-2015 / 14:19

“Kəndlərdə internetin vəziyyəti yaxşıdır. Hazırda Dial-up istifadəçiləri qalmayıb. İnternetin gedib çatmadığı kənd yoxdur”.

Bunu Xeberler.az-a açıqlamasında Zaqatala Telekommunikasiya Qovşağının rəisi Həsən Ömərov bildirib.

O, hazırda Zaqatala rayonunda 21 min 885 nəfər telefon, 9 min 432 nəfər internet istifadəçisinin olduğunu bildirib. Qurum rəsmisi qeyd edib ki, rayon əhalisinə internet Fiber optik xətt üzərindən verilir.

Həsən Ömərovun sözlərinə görə, rayon ərazisində 9 provayder fəaliyyət göstərir: Aztelekom.net, Data Plus, Smart, Azeronline, Avirtel, AzDatakom, AzEduNet, Qlobal, Pilot.

O, Xeberler.az-a həmçinin özəl provayderlərlə də münasibətin yaxşı olduğunu bildirib. Belə ki, müştəri istədiyi provayderə qoşula bilir.

İstifadəçilərə əlavə hansı xidmətlərin göstərilməsinə gəlincə, Həsən Ömərov vurğulayıb ki, istifadəçilərə multimedia xidmətləri, İP telefoniya və İP TV xidmətləri göstərilir.

 

 

Mirvari Nəcəf

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə