Zuckerberg ailəsi təhsilə 5 milyon yatırdı

02-10-2015 / 17:01

Facebook-un yaradıcısı Mark Zuckerberg və xanımı Priscilla Chan qazandıqları vəsaiti tez-tez xeyriyyə məqsədi ilə bir çox  faydalı layihələrə sərf edirlər.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, son günlərdə cütlük  daha bir layihəyə investisiya ayırıb.

Belə ki, Mark MasteryConnect adlı təhsil mərkəzinə 5 milyon dollar pul yatırıb.

MasteryConnect müəllimlər üçün xüsusi təhsil proqramı yaradıb. Yeni təhsil proqramında müəllimlər dərs planını hazırlaya və şagirdin dərsi hansı dərəcədə qavradığını müəyyən edə bilir. 

Hər bir şagirdin çatışmayan cəhətlərini də müəyyən edə bilən yeni təhsil proqramı təhsil sisteminin inkişafına kömək edəcək.

Xatırladaq ki, bu layihəyə indiyə qədər 29 milyon dollar  investisiya yatırılıb.

140 nəfərlik işçi heyətinə sahib olan MasteryConnect-in məqsədi ABŞ-da bütün təhsil sisteminə  daxil olmaq  və şagirdlərə texnologiyalardan istifadəni asanlaşdırmaqdır.

Mark və Pricilla daha əvvəl təhsil üçün 120 milyon dollar, Ebola virusu ilə mübarizə zamanı isə 25 milyon dollar köməklik göstərmişdi.

Əsmər Qabil


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə