«Azərbaycan Sənaye Bankı» və «Azercell» birgə kredit kampaniyasına başlayıb

01-07-2009 / 15:08

«Azərbaycan Sənaye Bankı» ASC «BlackBerry Enterprise Server Krediti» adlı yeni kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən verilən məlumata əsasən, bu yaxınlarda «Azercell» mobil rabitə operatoru tərəfindən Azərbaycan bazarına təqdim olunan «BlackBerry solution» məhsulu elektron poçt, telefon, təqvim, veb, multimedia və digər biznes və adi proqramlara asan şəkildə simsiz çıxışın təmin edilməsinə imkan verən smartfon, kompüter proqramları və xidmətlərini bir araya gətirən vasitədir.

ASB-nin yeni kredit məhsulundan istifadə edəcək korporativ müştərilər sərfəli şərtlərlə «BlackBerry Enterprise Server» sayəsində daha sürətli və səmərəli xəbərləşmə imkanına sahib olacaq və iş planında əhəmiyyətli irəliləyişə nail olacaqlar. Kredit kampaniyası çərçivəsində ASB illik 20%-lə server xərclərini 100% kreditləşdirmək imkanını yaratmaqla 2,7 min manatdan 50 min manatadək kredit təqdim edir.

«BlackBerry solution» daxilində «Azercell» korporativ müştərilər üçün «BlackBerry Enterprise Server» məhsulunu təklif edir. «BlackBerry Enterprise Server»in proqramı IBM, «Lotus», «Domino», «Microsoft Exchange» və «Novell GroupWise» kompüter proqramları ilə sıx şəkildə uzlaşır və elektron poçt ilə digər korporativ məlumatlara təhlükəsiz və «push» əsasında simsiz çıxışı təmin etmək məqsədilə şifrələnmə və İT siyasətinə nəzarət mexanizmlərindən istifadə edir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə