«Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı» müzakirə olundu

02-09-2009 / 21:04

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»nın icrası ilə əlaqədar kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2009-cu il tarixli 442 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»nın böyük önəm daşıdığını və ölkə başçısının bu sahənin inkişafına verdiyi xüsusi diqqətin bariz nümunəsi olduğunu bildirmişdir.

Çıxış edənlər qeyd etmişlər ki, Dövlət Proqramının həyata keçirilməsi ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsinə, əhalinin rabitə, informasiya texnologiyaları və teleradio yayımına artan tələbatının və həmçinin dünya bazarına çıxışın təmin edilməsinə, kosmik fəzadən səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişafına zəmin yaradacaqdır.

Kollegiya iclasında Dövlət Proqramında nəzərdə tutulan telekommunikasiya peyklərinin hazırlanması, orbitə buraxılması və idarə edilməsi, bununla əlaqədar beynəlxalq əməkdaşlığın, o cümlədən, Azərbaycan Respublikasına plandankənar orbital mövqelərin ayrılması məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə aparılan əməkdaşlığın gücləndirilməsi, müəyyən edilmiş peyk şəbəkələri ilə koordinasiya işlərinin aparılması, hüquqi tənzimləmənin həyata keçirilməsi üçün normativ-hüquqi bazanının yaradılması işlərinə xüsusi diqqət yetirlməsinin vacibliyi vurğulanmışdır.

Sahə üçün kadr potensialının əhəmiyyəti nəzərə alınaraq, xarici ölkələrdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının təşkili istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək məqsədilə proqramda iştirakı nəzərdə tutulan qurumların səlahiyyətli nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması qərara alınmışdır. Əlaqələndirmə Şurası tərəfindən Dövlət Proqramının icrasının ayrı-ayrı fəaliyyət iqstiqamətləri üzrə konkret iş planlarının hazırlanması məqsədə müvafiq hesab edilmişdir.Kollegiya iclasında «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»nın icrası ilə əlaqədar digər məsələlər də müzakirə edilmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə