«Azerfon-Vodafone» keçirdiyi müsabiqənin qaliblərinə hədiyyə verib

08-11-2010 / 14:55

«Azərfon» şirkəti bazara təqdim etdiyi son məhsulu - 3G mobil müşahidə kamerası üçün ən yaxşı şüar təklif edən «Facebook» sosial şəbəkə istifadəçəilərinə hədiyyələr təqdim edib. Müsabiqənin qalibləri Sahil Qədimbəyli 3G müşahidə kamerası, Aynur İsmayılova 3G internet modemini qazanıb.

Qeyd edək ki, Azərbaycan telekommunikasiya bazarında 3G müşahidə kameralarını ilk dəfə «Azerfon-Vodafone» təqdim edib. 3G kameraları vasitəsilə məsafədən asılı olmayaraq mobil telefonun düymələrindən istifadə edərək kameranın quraşdırıldığı məkanı müşahidə etmək, müşahidə istiqamətini dəyişmək eləcədə səs ötürülməsini həyata keçimək mümkündür.

Bu kameranı əldə etmək üçün «Azerfon-Vodafone» Mərkəzlərinə müraciət etmək kifayətdir. Kameranın texniki göstəriciləri və digər əlavə məlumatı www.azerfon-vodafone.az saytından əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə