«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010 / 12:38

Azərbaycanın ilk mobil rabitə operatoru «Bakcell» şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki universitetləri ilə birlikdə «Bakcell Məzunu» proqramına start verib.

Şirkətdən verilən məlumata görə, «Bakcell Məzunu» proqramının məqsədi mobil telekommunikasiya sahəsində gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir. Proqramda iştirak etmək üçün ərizələrin qəbulu noyabrın 25-dək davam edəcək. Seçim turundan müvəffəqiyyətlə keçən tələbələr «Bakcell»də minimum 3 ay müddətində təcrübə keçmək imkanı əldə edəcək. Təcrübə proqramı müddətində tələbələr təhsil aldıqları universitetlərin professorları və «Bakcell»in müxtəlif şöbələrinin mütəxəssisləri ilə sıx işləyəcək. Təcrübə proqramı 2011-ci ilin yanvar ayından etibarən başlayacaq.

Qeyd edək ki, «Bakcell» 2 mln. artıq aktiv abunəçisinə yüksək xidmət göstərmək, işçilərinin daha məlumatlı olmasını təmin etmək məqsədilə 2010-cu ilin fevralında «Təlim Mərkəzi» açıb. Hazırda «Bakcell» gənclərin kadr hazırlığı üzrə bir neçə böyük layihəyə vəsait ayırır. «Bakcell» və «Junior Achievement Azərbaycan» təşkilatının texniki fakültə tələbələri üçün «Mobil Telekommunikasıya Biznesinə Giriş» təlim proqramı, «Bakcell» və «AIESEC» təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı və tələbələr üçün «Bakcell Məzunu» proqramı bu layihələr sırasındadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə