«GLUT» E-MAİL HÜCUMLARA BAŞLADI

12-02-2009 / 09:36


«Xocalı Ayı» çərçivəsində təşkilatın qərargahında Böyük Britaniya səfirliyinin rəsmisi ilə görüş keçiriləcək

 «Gənc Liderlər» Uşaq Təşkilatı (GLUT) elan etdiyi «Xocalı Ayı» çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə və «e-mail hücumlar»a başlayıb. Bu barədə Qaynar.info-ya məlumat verən təşkilatın sədri Fərid Şahbazlı dünəndən etibarən təşkilat üzvlərinin Xocalı faciəsi, erməni terroru ilə bağlı ingilis dilində hazırlanmış materialları dünyadakı beynəlxalq təşkilatlara göndərdiyini bildirib.

F.Şahbazlının sözlərinə görə, «e-mail hücumlar»da əsas diqqət Xocalı faciəsi zamanı azərbaycanlı uşaqların qətlə yetirilməsinə, onlara xüsusi qəddarlıqla işgəncələr verilməsinə yönəldilib. GLUT sədri deyir ki, bu gün 100-dən artıq xarici ünvana göndərilən məktublarda erməni terroru zamanı zorakılığa məruz qalmış uşaqlar barədə ətraflı məlumat verilərək, dünya birliyindən bu vəhşiliyə reaksiya verilməsi tələb olunub: «Xocalı faciəsi və erməni terroru ilə bağlı materiallar göndərdiyimiz ünvanlar arasında dünyanın onlarla uşaq və gənclər təşkilatlarının, hüquq müdafiə qurumlarının ünvanları var. Bu sırada xüsusi ilə Avropa Uşaq Birliyini (EUROCHİLD AİSBL) və YUNİCEF-in ölkə nümayəndəliklərini qeyd etmək istəyirəm».

Fərid Şahbazlının sözlərinə görə, «e-mail hücumlar» 26 Fevral Xocalı faciəsinə qədər hər gün davam edəcək. GLUT faciəyə qədər 1000-dən artıq ünvana təbliğat xarakterli informasiyalar və fotolar göndərməyi planlaşdırır.

GLUT sədri deyir ki, «Xocalı ayı» çərçivəsində həftə sonu təşkilatın ofisində Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Günel Əhmədova ilə görüş keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə