İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Facebookdan nə məqsədlə istifadə edirsiz?
  • Sevgili və ya dost axtarıram
  • Məlumatlarımı paylaşıram
  • Özümü reklam edirəm
  • Əlaqələrimi gücləndirirəm
  • Facebookdan istifadə etmirəm
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 1

Script virusunun həlli.

19.07.2010 [00:07]

Fontu böyüt:      

Bir çox webmasterlərin problemi halına çevrilmiş script virusunun zərərsizləşdirilməsi.

Salam əziz dostlar!

Bildiyiniz kimi hosting şirkərinin və eləcə də o şirkətlərdən hostig alan istifadəçilərin bir müddət əvvəl olduqca başağrıdıcı virus problemi olmuşdu. Saytlarımızın bütün təhlükəsizlik tədbirlərini nəzarətdə saxlamağımıza baxmayaraq saytın bütün .htm, .asp, .aspx, .php fayllarının içinə <iframe>... şəklində virus scriptləri düşməkdə idi. Zaman keçdikdə virusun effekti azalmağa başladı. Lakin indi son günlər iframe virusu yerini <script>... virusu ilə əvəz etti. Bu virus hətta digərindən də təhlükəli olduğu bir çoxlarımıza məlumdur.

Virus əsasən saytın bütün fayllarının içərisinə sızaraq qarşısına çıxan bütün .php, .asp və digər kod fayllarının içərisinə öz virus scriptini əlavə edir. Bu problem 1 həftə əvvəl mənimdə qarşıma çıxdı. Müəyyən bir araşdırmalarımın nəticəsində virusu necə zərərsizləşdirəcəyimi tapdım.

Virusu internet də geniş şəkildə araşdırmağıma baxmayaraq konkret nəticə ya da səbəb tapan görmədim. Bəziləri FTP şifrəsini dəyişdirdikdən sonra düzəldiyini deyir, bəziləri hostingi dəyişdikdə, bəziləri qovluq icazələrinin yazma icazəsini bağladıqda düzəldiyini qeyd edir. Lakin mən bu deyilənlərin hamısını etməyimə baxmayaraq heç bir nəticə görmədim. İlk olaraq domain-i aldığım hosting şikətindən sildirdim (bütün faylları ilə bərabər) və başqa bir hosting-ə yerləşdirdim. Səhər tezdən yoxladım virus yenə saytıma təşrif buyurmuş vəziyyətdədir. Şifrəni dəyişdim, icazələri maksimum aşağı endirdim yenə virus əl çəkmədi. Bu dərsimizdə bu virusun nədən yarandığını, kim yaydığını qeyd edə bilmiyəcəm. Çünki bu haqda məlumat tapa bilmədim. Amma bu virusun qarşısını hansı yollardan ala biləcəyinizin kiçik bir neçə texnikasını baş salacam.


Virus əsasən saytın əksər hallarda ən sonuncu </body> tag-ından əvvələ düşür. Lakin bəzən <head> tag-ından sonra da düşdüyünü təsbit eləmişəm. Virus sayta düşdükdə sayt açılır, lakin sistemə yüklü antivirus proqramı saytı virus kimi təsbit edərək açılmasının qarşısını alır. Lakin əgər sayt asp.net texnalogiyaları əsasında yazılıbsa və saytın ümumi struktru MasterPage ilə qurulubsa (asp.net bilən istifadəçilər masterpage texnikası ilə tanışdırlar) bu zaman digər səhifələr aşağıdakı koddan ibarət olur. Yəni saytın gövdəsi masterpage içərisində olduğu üçün saytın quruluşu digərləridən fərqlənir:

Əlaqə səhifəsi üçün kod:

<%@ Page Language="C#" MasterPageFile="~/MasterPage.master" AutoEventWireup="true"
CodeFile="Default.aspx.cs" Inherits="Elaqe_Default" %>

<asp:Content ID="Content1" ContentPlaceHolderID="ContentPlaceHolder1" runat="Server">

saytın məlumatları

</asp:Content>
Bu zaman virus səhifəni açaraq body, head tag-ları tapmadığı üçün virusu bir başa </asp:Content> tag-ından sonra əlavə edir. Bu zaman da normal olaraq sayt açıldıqda yəni əlaqə bolməsi (http://www.domain.az/elaqe.aspx) açıldıqda asp.net xətası ekrana çıxır. Yəni sayt hack edilir deyə bilərik.

Ümumiyyətcə virus əlçatmaz səhifələrə heç bir zərər vura bilmir. Misal üçün asp.net də MasterPage.master adlı faylı heç cürə müraciət mümkün deyildir. Eyni zaman da web.config kimi fayllara birbaşa müraciət mümkün deyil. Asp.net istifadə edən istfadəçilər səhifədə masterpage istifadə etdiyi səhifələri bu şəkildə qoruya bilərlər:

Yuxarıdakı əlaqə.aspx səhifəsinin kodlarını bu şəkildə dəyişdirmək kifayət edir:

 

<%@ Page Language="C#" MasterPageFile="~/MasterPage.master" AutoEventWireup="true"
CodeFile="Default.aspx.cs" Inherits="Elaqe_Default" %>

<asp:Content ID="Content1" ContentPlaceHolderID="ContentPlaceHolder1" runat="Server">

saytın məlumatları

<!--
<html>
<head>
<title>AzGraf</title>
</head>
<body>

</body>
</html>
-->
</asp:Content>


Grdüyünüz kimi saytın məlumatları bölümü yenə olduğu kimi qalır. Sadəcə onun altına yalancı HTML sklet yerləşdiririk. Təbii ki, bunu da html comment içərisində yazdığımız üçün saytda görsənmir və heç bir əhəmiyyəti olmur. <!-- ... --> tagları HTML dilində comment yəni şərh kimi qəbul edilir. Onun arasında yazılmış hərhansı yazı, tag sadəcə şəxsi qeyd olaraq oxunur və sadəcə HTML kod içərisində görsənir. Bu script virusunun da işləmə sistemi saytda axtarıb body və ya head tag-larını tapmaq və ondan sonra script əlavə etməkdir. Artıq virus səhifəni axtardıqda mövcud comment içərisindəki body-ni tapacaq və öz scriptini ora əlavə edəcək. Body də aldadıcı bir tələ rolunu oynadığı üçün həmin scriptdə onun içində qalacaq və heç bir əhəmiyyəti olmayacaq. Nə sayt dayanacaq, nə də antivirus işə düşəcək. Əlavə edilmiş virus script-i adi HTML comment (şərh) kimi sistemdə oxunacaq.

Əgər saytınız asp.net də deyildə normal PHP ya da klassik ASP dilindədirsə, yaxud Asp.net dilindədir lakin Masterpage istifadə edilməyibsə onu da eyni bu texnika ilə qarşısını ala bilərik. Sadəcə digərindən fərqli olaraq hər bir body və head tag-larını ayrıca özəlləşdiririk. Daha qaranti olması üçün:
Digərindən fərqli olaraq burada hər head, body taglarının üstünə və altında onun eynisinin comment şəklini yaradırıq:


<html>
<!--<head>-->
<head>
<!--<head>-->
<title>AzGraf</title>
<!--</head>-->
</head>
<!--</head>-->
<!--<body>-->
<body>
<!--<body>-->

SAYTA AİD BÜTÜN MƏLUMATLAR, KODLAR, ŞƏKİL VƏ MƏQALƏLƏR...

<!--</body>-->
</body>
<!--</body>-->
</html>

Bu şəkildə dəyişdikdə artıq səhifələrimizi virus hansı tərəfdən axtararsa və hansı tagı axtararsa head ya da body ilk olaraq onun comment (yalançı) versiyasını tapacaq və onun sol hissəsinə əlavə edəcək. Oda yenə qalacaq comment-in içində. Əsl original Body və Head taglarını tam təhlükəsiz şəkildə qorunacaq.

Götürək </body> tag-ından əvvələ virus script əlavə etdi, bu zaman body tag bu şəkildə dəyişəcək:
<!--<script src="http://150.150.150.150.php"></script></body>-->
</body>
<!--</body>-->

Virus səhifəni yuxarıdan başlayaraq axtardığı üçün ilk olaraq tapdığı body əsl body-nin üstündəki comment body-si olur. Onun soluna da əlavə ettikdə <!-- tag-ından xəbəri olmur və virus düşür comment içərisinə.

Və ya daha rahat formada bunu bu şəkildə də etmək mümkündür. Saytdakı mövcud HTML tag-ların ən başdakından əvvəl və ən sonundakından sonra aşağıdakı kodu əlavə edin. Hər tag-dan əvvəl və sonra <script></script> əlavə etdikdə virus ikinci dəfə heç bir script əlavə etmir, yəni aldanır:

<!-- <script></script><html><head><script></script><title> AntiVirus_by_AzGraf </title><script></script></head><script></script><body><script></script> Protect virus... <script></script></body><script></script></html><script></script> -->

Ümumi kod bu şəkildə olmalıdır:

<!-- <script></script><html><head><script></script><title> AntiVirus_by_AzGraf </title><script></script></head><script></script><body><script></script> Protect virus... <script></script></body><script></script></html><script></script> -->
<html>
<head>
<title>AzGraf</title>
</head>
<body>

</body>
</html>
<!-- <script></script><html><head><script></script><title> AntiVirus_by_AzGraf </title><script></script></head><script></script><body><script></script> Protect virus... <script></script></body><script></script></html><script></script> -->


http://www.azgraf.net
Oxunub: 381 dəfə
    DİGƏR

Fikirlər

Etibar Salmanlı
2010-09-02 07:20:16

Həqiqətən çox lazımlı məlumat idi...Çox sağ ol...

Emin
2010-08-07 00:15:43

Bir tanisimin sayti var orda butun index.php lere awagidaki kod duwur

Elvin Hacı
2010-07-21 03:25:20

Çox maraqlı yanaşmadır, Allah eləməmiş problem qarşımıza çıxsa, yararlanarıq. Mən shared host istifadə etdiyim vaxtlar 2-3 dəfə rastlamışam bu problemlə. Silib yenidən yazmaqla və bütün parolları dəyişməklə həmən an üçün problemi həll etmişəm. Amma 1 ildir öz VPS-imi işlədirəm və orda şükür ki bir dəfə də olsun hər hansı saytımda belə bir şeyə rast gəlməmişəm.

Arif Ibrahim
2010-07-19 15:52:13

Təşəkkürlər...maraqlı və faydalı məlumata görə...

Bəhram Axundov
2010-07-18 16:15:05

İframe tipində olan viruslar düşdükdə ilk növbədə index.php config.php inc.php fayllarının ya ilk əvvəlinə vəya sonuna düşür.Zədələyir və bir başga saytdan fayllar və reklam botları çəkir. Bunlar bir təhlükəsidə varki, bir sayta düşsə serverdə bir acountdan digər acounta kecir yəniki home*users hamısına düşür... Məqalə maraglı idi....Təşəkkürlər....

Rauf Hemidov
2010-07-18 14:04:39

sag ol Emin mene bu haqda lazim idi cox sag ol teshekkur

serh yaz

Yazarlar

Osman Gündüz

«Bloqçu jurnalist deyil?»

«Bloqçu jurnalist deyil?»
Ulduzə Əhmədova

İnternetin mədəniyyətə və təhsilə təsiri

İnternetin mədəniyyətə və təhsilə təsiri
Azər Həsrət

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR
Eyvaz Qocayev

Diqqətdən kənar media-internet media

Diqqətdən kənar media-internet media
Emin Novruzov

Script virusunun həlli.

Script virusunun həlli.
Vahid Qasımov

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR
Bütün yazarlar