İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Azercellin yeni loqosunu bəyəndinizmi?
  • Bəyəndim
  • Bəyənmədim
  • Əvvəlki daha yaxşı idi
  • Maraqlı deyil
Bütün sorğular

AZƏRBAYCANDA İNTERNET QİYMƏTLƏRİ 3 DƏFƏYƏDƏK ENDİRİLƏCƏK!

29.08.2009

Fontu böyüt:      

Belə ki,1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə enmə gözlənilir. Eyni zamanda , deyəsən, yavaş-yavaş Azərbaycanda Dial-up internet bağlantısına da son qoyulur!!! Bu haqda xeberler.az-a etibarlı mənbədən daxil olan məlumatda deyilir.

Məlumata görə ilk olaraq ölkənin əsas provayderi olan «Delta Telecom»-un Provayderlərə təklif etdiyi internet tariflərində qiymətlərdə 3 dəfəyədək endirim gözlənilir. Daha sonra isə 2-ci səviyyəli  provayderlər də buna uyğun olaraq istifadəçilərə təklif  etdikləri internet  xidmətlərinin qiymətlərini endirəcəklər.

 Bu fakt özünü doğrultduğu təqdirdə Provayderlər «Delta Telecom» -dan aldıqları 
1 MB/san internet üçün hal-hazırda ödədikləri 275 manatın əvəzinə sentyabrın 1-dən etibarən təxminən 100 manat ödəyəcəklər. Provayderlərin özlərinin isə  istifadəçilərə 1 Mb/san interneti  cəmi 25 manata təklif etməsi nəzərdə tutulub.

Bundan əlavə uzun sürən testləşdirmədən sonra nəhayət ki, 1 sentyabr tarixindən «Delta Telecom» şirkəti  Wi-Max texnalogiyası əsasında Bakı və Abşeron ərzisində internetə giriş xidməti də təklif edəcək. Gözlənildiyinə görə 1 MB/s-lik internet trafikinin qiyməti isə təxminən 60-70 manat civarında olacaq.

Qeyd edək ki,  Wi-Max texnologiyası əsasında bu şəbəkənin olduğu ərazidə  istənilən yerdə, istənilən zaman internetə daxil olmaq mümkündür.

1 sentyabrdan etibarən ölkədə internet qiymətlərində 3 dəfə enmə müşahidə olunacağı haqda Azərbaycan İnternet Forumunun rəhbəri  Osman Gündüzün fikirlərini öyrəndik.

Osman Gündüz bildirdi ki, sonuncu dəfə belə bir endirim cari ilin 1 fevral tarixində müşahidə olunmuşdu. O zamana internet ictimaiyyətinin ciddi tələbi ilə internet qiymətləri iki dəfəyə yaxın aşağı salınmışdı. Bu müsbət hal kimi dəyərləndirilsə də, soonradan provayderlər tərəfindən internetin keyfiyyətinin aşağı salınması, ATS-lərin resurslarının şatışmazlığıı ucbatından Provayderlərin aşağı surət təklif etməkdə maraqlı olmaması bu addaımın əhəmiyyətini xeyli azaltmışdı. Yəni bəılli oldu ki, provayderlər əslində qiyməti yox, surəti iki dəfə aşağı salıblar.

“Təbii ki, bundan sonra bizim apardığımız monitorinqlər göstərdi ki, Azərbaycanda hələ də internet qiymətləri qonşu ölkələrlə müqayisədə baha və keyfiyyətsiz qalmaqda davam edir. Xatırlayırsınızsa biz hətta ölkə internetindəki dözülməz vəziyyətlə bağlı  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə , eyni zamanda, ümumiyyətlə ölkədə İKT sahəsində tənzimləmədə olan ciddi problemlərlə  bağlı  RİTN-nin səlahiyyətlərinə aydınlıq gətirilməsi üçün ölkə prezidentinə də müraciət ünvanlamışdıq.”-deyə Osman Gündüz bildirdi.

AİF prezidenti bu baxımdan 1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə endirilməsini gözlənilən addım olduğunu bildirdi.

«Delta Telecom»-un internet qiymətlərində 3 dəfəyə yaxın endirim edəcəyini kifayət qədər ciddi addım kimi dəyərləndirən AİF rəhbəri “Ümidvarıq ki, bu qiymət endirimi yenidən 2-ci səviyyəli provayderlər tərəfindən internetin keyfiyyətinin pisləşdirilməsinə yönəlməyəcək.”-deyə əlavə etdi.

Osman Gündüz   eyni zamanda bu məsələ ilə bağlı  RİTN tərəfindən gerçəkləşdirilməsi zəruri olan addımları da sadaladı. O , ATS-lər tərəfindən Provayderlərdən tutulan qanuni və qeyri-qanuni haqların nizamlanmasının vacibliyini, dövlət provayderi anlayışına son qoyulmasını-onların özəlləşdirilməsinin vacibliyini qeyd etdi.

Osman Gündüz , həmçinin, aylıq ödənişin olmadığı internet  xidmətlərinin təqdim edilməsinin də  xeyli əhəmiyyətli olacağını bildirdi.

AİF rəhbəri, ölkədə yeni texnologiyalar  vasitəsilə internetə kütləvi girişin təmin edilməsi sahəsində ciddi olaraq ləngimələrə yol verildiyini də xüsusi olaraq vurğuladı.  O , Wi-Max  və 3G əsasında İnternet  xidmətini hazırkı məqamda Azərbaycan üçün  mühüm əhəmiyyət  kəs etdiyini də diqqətə çatdırdı. Bu  baxımdan Delta Telekom tərəfindən Wi-Max  texnologiyasının tətbiqinə  başlanılmasını  alqışladığını və bunu ölkəmiz üçün mühüm addım kimi dəyərləndirdiyi  qeyd etdi .

Osman Gündüz  ölkədə indiki halda 1 MB/san sürətində keyfiyyətli internet xidmətinin qiymətinin ADSL texnologiya ilə 25 manat, Wi-Max əsasında isə 60-70 manat olmasını kifayət qədər  normal hesab etdiyini  vurğuladı.

Oxunub: 1683 dəfə
  • paylas

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Eyvaz Qocayev

Diqqətdən kənar media-internet media

Diqqətdən kənar media-internet media
Emin Novruzov

Script virusunun həlli.

Script virusunun həlli.
Azər Həsrət

Netiketiniz olsun

Netiketiniz olsun
Vahid Qasımov

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR
Nazim Rüstəmov

Beynəlxalq bankın bankomat problemləri

Beynəlxalq bankın bankomat problemləri
Bütün yazarlar