İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Facebookdan nə məqsədlə istifadə edirsiz?
  • Sevgili və ya dost axtarıram
  • Məlumatlarımı paylaşıram
  • Özümü reklam edirəm
  • Əlaqələrimi gücləndirirəm
  • Facebookdan istifadə etmirəm
Bütün sorğular

Milli peyklə bağlı üç ölkə ilə müqavilə imzalanacaq

23.07.2010

Fontu böyüt:      

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yunanıstan, İtaliya və Rusiya (“İntersputnik”) ilə peyk şəbəkələrinin əlaqələndirilməsi məqsədilə danışıqlar aparır. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu ilin sonunadək bu üç ölkə ilə müvafiq müqavilələrin imzalanması gözlənilir. Növbəti mərhələdə Avropa və MDB ölkələri ilə danışıqların aparılması nəzərdə tutulub.

Azərbaycanın orbitə çıxaracağı “Azersat” milli peyk şəbəkələrinin orbital mövqeyinin yerləşəcəyi dərəcə 30-a yaxın ölkə ilə koordinasiya edilməlidir. Bu əlaqələndirmənin keçirilməsi gələcəkdə peyklər orbitə çıxarıldıqda, onların bir-birinə maneçilik törətməməsini təmin edir. Milli peyk Skandinaviya ölkələri istisna olmaqla Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə Asiyanın yarısını əhatə edəcək.

Azərbaycan peykin imkanlarının yalnız 20 faizini istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Peykin imkanlarının 40 faizi artıq Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

mənbə: AZERTAC

Oxunub: 80 dəfə
  • paylas

Fikirlər

Elşən
2010-08-01 14:47:01

Tovuzun FM məkanı Gürcü və erməni Radioları tərəfindən zəbt olunub! Tovuz – Qazax bölgəsində cəmi Azərbaycanımızın 5 FM Radiosu yayımlanır. Bu FM Radioları bunlardır: Antenn FM, ANS FM, LİDER FM, İCTİMAİ FM, AZTV FM Radioları. Tovuzda yayımlanmayan FM Radioları isə bunlardir: Space FM, Azad Azərbaycanın 2 Radiosu, Media FM, Xəzər FM, Burc FM. Tovuzumuz da Azərbaycanmızın dilbər güşələrindən biridir! Bu FM Radiolari Tovuz Rayonunda da yayımlanmasını istəyirik!

serh yaz

Yazarlar

Osman Gündüz

«Bloqçu jurnalist deyil?»

«Bloqçu jurnalist deyil?»
Ulduzə Əhmədova

İnternetin mədəniyyətə və təhsilə təsiri

İnternetin mədəniyyətə və təhsilə təsiri
Azər Həsrət

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR
Eyvaz Qocayev

Diqqətdən kənar media-internet media

Diqqətdən kənar media-internet media
Emin Novruzov

Script virusunun həlli.

Script virusunun həlli.
Vahid Qasımov

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR
Bütün yazarlar