“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.

11-03-2014 / 14:21

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.  
Toplantıda  İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” müzakirə edilib.

Məlumat verildiyi kimi adı çəkilən Siyahı  Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın  və Multimedia Mərkəzinin birgə əməkdaşlığı ilə hazırlanıb.

Siyahıdakı xidmətlər ciddi araşdırmalar, sorğular və ekspert rəyləri, statistik məlumatların təhlili əsasında  formalaşıb. Xidmətlər hər bir Mərkəzi icra orqanı üzrə Siyahıya daxil edilərkən, sosial yönümlü olması, ictimai əhəmiyyət kəsb etməsi və il ərzində daha çox ehtiyac olması prinsipləri əsas götürülüb.
Hazırda adı çəkilən Siyahıya 120 xidmət daxil edilib. Bu xidmətlərdən yalnız 22 xidmət aktivdir, onlardan yalnız 18-i Portala daxil edilib. Siyahıdakı 83 sayda vacib hesab olunan xidmətlər  isə yeni xidmətlərdir və  ölkədə indiyədək hökumət tərəfindən təsdiq olunan 428 adda  xidmətdən ibarət olan Siyahıya daxil edilməyib.

Siyahının hazırlanmasında məqsəd ən çox istifadə olunan, sosial əhəmiyyət kəsb edən xidmətlərin vətəndaşlar tərəfindən daha rahat, effektiv və şəffaf formada əldə edilməsinə köməklik göstərmək, vətəndaşların elektron xidmətlərdən istifadəsini sürətləndirmək, maliyyə vəsaitlərindən daha səmərəli və effektiv istifadəyə diqqət yönəltmək və korrupsiyaya şərait yaradan səbəbləri aradan qaldırmaqdan ibarətdir.

Toplantıda İctimai Şura üzvləri  Siyahıdakı  xidmətlərin ilk növbədə elektron formaya keçirilməsini məqsədəuyğun hesab ediblər.  Bu məqsədlə adı çəkilən Siyahıdakı xidmətlərin hökumət tərəfindən təsdiq olunan xidmətlər siyahısına daxil edilməsinin və prioritet elan olunmasının vacibliyi  qeyd edilib.
Həmçinin Siyahıdakı xidmətlərin hər bir dövlət qurumunun  Elektron xidmətlər bölməsində ayrıca qeyd olunmasının da faydalı olacağı bildirilib.
İctimai Şuranın toplantısında Siyahının təkmilləşdirilməsi, yuxarıdakı prinsiplərə uyğun olan xidmətlərin üzə çıxarılması istiqamətində addımların davam etdirilməsi məqsədəuyğun hesab edilib.

“İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.

Siyahının  tam mətni : http://informasiya.org/?p=2292


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə