Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014 / 14:32

Aprelin 26-da Yüksək Texnologiyalar Parkında “Startup Bakı”toplantısı keçiriləcək.

“Startup Azərbaycan 2014” layihəsinin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda “Startup Azərbaycan” layihəsi, startup müsabiqəsinin qaydaları, uğurlu milli startuplar haqqında, startup komandalarının formalaşdırılması haqqında məlumatlar veriləcək.

Toplantıda, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən elan edilən Qrant Müsabiqəsi haqqında danışılacaq.

Toplantıda startapçılar, proqramçılar, dizaynerlər və marketoloqlar, İnternet biznesə maraq göstərənlər, startap komandaları qurmaq istəyənlər, İT mütəxəssisləri iştirak edə bilərlər.

“Startup Azərbaycan 2014” layihəsinə aprelin 18-də start verilib. Layihə çərçivəsində milli startupların müsabiqəsinin, Bakı şəhərində və regionlarda startap görüşlərinin, startupçılar üçün təlimlərin, ənənəvi “Startup Azərbaycan” Milli Konfransının və startapların inkişafına kömək məqsədilə digər müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Artıq milli startupların müsabiqəsi elan olunub və hazırda “www.startup.az” resursunda qeydiyyat aparılır. Eyni zamanda, “Startup Azərbaycan” komandası İnternet biznesin inkişafına dəstək məqsədilə tədbirlərə və görüşlərə başlayıb. (İctnews)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə