“Startup Azərbaycan 2014” milli konfransı keçiriləcək

30-06-2014 / 11:28
İyulun 3-də  Park İnn Otelində Startup Azərbaycan yekun təqdimat mərasimi və “Startup mühitinin (ekosistemin) formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların dəstəyi mövzusunda Konfrans keçiriləcək. 
 
Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində Startup Azərbaycan 2014 Layihəsinin yekunları və milli startup müsabiqəsinin nəticələri haqqında təqdimatlar olacaq. Startup Azərbaycan Müsabiqəsinin finalçıları elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq. 46 startup layihəsinin təqdim edildiyi bu ilki müsabiqənin qalibləri 15 Yarımfinalçı startup arasından seçilib.
 
Yekun tədbirlər çərçivəsində həmçinin finala çıxan startuplarla investorların qapalı görüşü (pitç sessiya) təşkil olunacaq. Finalçılar investorlar qarşısında öz layihələri ilə bağlı qısamüddətli təqdimatlar edəcəklər. 
 
Ənənəvi Startup Azərbaycan 2014 Konfransının məqsədi ölkədə milli startupların
inkişafına, ümumiyyətlə İnternet biznesə dəstək və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. Müzakirələrin yekunu olaraq təkliflər hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək. Konfrans bir Paneldən ibarət olacaq.
 
Yekun tədbirlərdə və milli konfransda startuplar sahəsində bütün maraqlı tərəflər - startup komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar. 
 
Tədbirlərlə bağlı əlavə məlumat almaq, təklif və rəylər təqdim etmək üçün əlaqə: [email protected]
 
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 
 
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
 
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
 
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM, Smart Systems və Bakcell şirkətləri
Startup Azərbaycan-a dəstək verirlər.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə