Əli Abbasov: 2015-ci ilin əvvəlinədək Azərbaycanda iki dövlət rabitə müəssisəsinin mülkiyyət forması dəyişdiriləcək

05-09-2014 / 15:55
2015-ci ilin birinci yarısınadək "Aztelekom" və "Bakı Telefon Rabitəsi" İstehsalat birliklərinin mülkiyyət formalarının açıq səhmdar cəmiyyətlərə dəyişdirilməsi gözlənilir. Bu barədə cümə günü jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, hazırda rabitə müəssisələrinin özəlləşdirmə öncəsi qiymətləndirilməsi çərçivəsində fəal iş aparılır: "Yaxın vaxtlarda auditin keçirilməsi üçün konsaltinq şirkətinin cəlb edilməsi planlaşdırılır. Bu ilin sonunda, yaxud 2015-ci ilin əvvəlində bu müəssisələrin mülkiyyət formalarının dəyişdiriləcəyini gözləyirik".
Başlanğıc mərhələdə dövlət operatorlarının vahid telekommunikasiya şirkətində - səhm paketinin 100 faizi dövlətə aid olacaq açıq səhmdar cəmiyyətdə birləşdirilməsi gözlənilir. Sonrakı mərhələdə Açıq Səhmdar Cəmiyyətində pay özəlləşdirməyə çıxardılacaq ki, bu da bazarda özəl şirkətlərin və onların fəaliyyətini nizama salan orqanın meydana çıxmasına imkan yaradacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qiymətləndirmələrinə görə, "Aztelekom" İB-nin dəyəri bir milyard dolları ötəcək. Nazirliyin perspektiv planlarına İB-nin tabeliyində olan bütün müəssisələrin özəlləşdirilməsi daxildir. Bundan sonra nazirlik Azərbaycanın telekommunikasiya bazarında istisnasız olaraq tənzimləyici rolunda çıxış edəcək. (trend.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə