Azərbaycan alimlərinin I qurultayı keçiriləcək

24-09-2014 / 14:37
Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu il dekabrın 19-da Bakıda Azərbaycan alimlərinin I qurultayı keçiriləcək.
Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində təşkil olunan müşavirədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qurultayın tədbirlər planından bəhs edib.
AMEA-nın prezidenti bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır.
Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və “Azərbaycan alimlərinin I qurultayının materialları” adlı kitabın hazırlanması da nəzərdə tutulur. Qeyd olunub ki, qurultayın dövlət səviyyəsində təşkili məqsədilə ölkə rəhbərliyinə müraciət ediləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər.
Qurultay Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə keçiriləcək. (AzərTAc)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə