Sim kart erası bitir

23-10-2014 / 09:55

Apple şirkətinin yeni tətbiq etdiyi dəyişiklik sim nömrələrini bazardan çıxara bilər.

Xeberler.az ANS PRESS-ə istinadla xəbər verir ki, şirkət ötən həftə təqdim etdiyi tablet modellərində, daha əvvəl heç bir cihazında istifadə etmədiyi bir texnologiyanı istifadə edib. Apple SİM adı verilən bu yeni tətbiq sayəsində istifadəçilər GSM operatorlarından sim kart almaq məcburiyyətində qalmır. 

Yeni iPad modellərində olan Apple SİM istifadəçilərə istədikləri zaman, istədikləri GSM operatoruna sim kart dəyişikliyi etmədən keçmələrinə imkan verir. 

Apple-ın bu yeni tətbiqinin istifadəyə verilməsindən sonra istifadə etdiyimiz sim kartların dövrünün sona çatacağı iddia edilir. 

Apple SİM ilə razılıq əldə edən GSM operatorlarının sayı hazırda xeyli azdır. ABŞ-da yalnız T-Mobile, AT & T və Sprint şirkətlə razılıq əldə edib. Apple SİM kartın nə zaman və hansı GSM operatorları ilə Azərbaycanda istifadəyə veriləcəyi isə hələlik bilinmir. 

Şirkətə yaxın qaynaqlardan gələn məlumatlara görə, Apple uzun müddətdə bu yeni tətbiqi bütün ağıllı cihazlarına tətbiq etməyi planlaşdırır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə