"Proqramçılar Günü-2014" tədbiri keçirilib

18-12-2014 / 11:09

Dekabrın 17-si Bakıda tələbə, mühəndis və gənc mütəxəssislər üçün “Qlobal İKT tədbiri -Proqramçılar Günü 2014” tədbiri keçirilib.

Xeberler.az-ın məlumatına görə, "Microsoft Azərbaycan" şirkətinin təhsildə əməkdaşlıq proqramının meneceri Emin Axundov tədbirin əhəmiyyətindən danışıb: “Bizim əsas məqsədimiz öyrətmək deyil, sizi tanımaq və sizin bir-birinizi tanımağınızdır. Ona görə də bu gün buraya toplaşmışıq. İKT sahəsində çalışan mütəxəssislərin ingilis dilini bilməyi günümüzün aktual məsələlərindəndir. Gənclərimiz bu dili öyrənməyə maraq göstərməlidir. Bu gün sənaye imtahanlarının əksəriyyəti xarici dildədir. Ona görə də, müasir dövr gənclərinin xarici dillərə maraq göstərməsi İKT sahəsində bilik əldə etmək üçün çox vacibdir”.

Tədbirdə  6 gənc proqramçı öz karyera uğurlardan danışıb, təcrübələrini bölüşüblər. İştirakçılara sertifikasiya imtahanlarından keçmək üçün müxtəlif e-resurslar təqdim edilib, Microsoft Academy, Microsoft Dream Sparks layihələri, İmagine Cup müsabiqəsi və digər elektron resuslar barədə ətraflı məlumatlar verilib.

"Proqramçılar Günü - 2014" tədbirinin əsas mövzusu bulud mühitidir. Tədbirdə iştirakçılara bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil tədbiqlərin yaradılması, peşəkar inkişaf və sertifikatlaşdırma (Microsoft Certified Solutions Developer) istiqamətləri haqqında məlumatlar verilib. Tədbir Microsoft şirkətinin təşkilatçılığı ilə baş tutub.

 Jalə Şahinqızı

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə