Livan Azerspace-1 telekommunikasiya peykindən istifadəyə başlayıb

18-12-2014 / 17:48

Livanda və Orta Şərqdə aparıcı televiziya stansiyalardan olan MTV Livan Azerspace-1 telekommunikasiya peykindən qısamüddətli tutum istifadəsinə başlayıb.

Bu əməkdaşlıq “Azərkosmos” ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaratdığındanşirkət üçün böyük əhəmiyyət rol kəsb edir.

Azərkosmos” ASC-in mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, bu barədə MTV-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi qeyd edib: “MTV Azerspace-1 peykinin tutumlarından istifadəyə dair “Azərkosmos”-la anlaşma imzaladığı üçün çox məmnundur. Hazırda Azerspace-1 peykinin Asiya və Avropa şüaları vasitəsilə  MTV-nin proqramları Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır. Həmçinin, MTV öz SNG (mobil televiziya stansiyası) avadanlıqlarının və Uplink (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini “Azərkosmos”-a həvalə edib. Buna səbəb “Azərkosmos”-un zəngin təcrübəsi və geniş və dəqiq peyk əhatə dairəsinin olmasıdır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə