Bu gün Tech Nights görüşü keçiriləcək

15-01-2015 / 10:41

Bu ilin ilk Tech Nights görüşü bugün saat 19:30-da keçiriləcək. Görüş “Yüksək Texnologiyalar Park”ında baş tutacaq.

2 saat davam edəcək görüşdə iştirak etmək pulsuzdur.

Tech Nights görüşlərinin məqsədi Azərbaycanda İT sahəsində çalışan şəxsləri işdən sonra bir araya yığıb, maraqlı sahələr üzrə söhbətlər aparmaqdır.

Bu konfrans və ya seminar deyil, yəni heç kim xüsusi olaraq çıxış etmir. Hər kəs ona maraqlı olan mövzuda söhbət apara bilər.

Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə