Bloggerlər üçün təlim keçirilib

19-01-2015 / 12:19

Yanvarın 18-də “Yüksək Texnologiyalar Park”ında bloggerlərin toplantısı keçirilib. Tədbiri "WOWOMAN" komandası təşkil edib.

İki hissədən ibarət olan tədbirin birinci hissəsində jurnalist Xanım Cavadova iştirakçılara bloqun tarixi və bloq açmağın yolları haqqında məlumat verib.

Digər hissədə isə videoblogginglə məşğul olan Səma Abiyeva blogger olmaq istəyənlərə videobloq sahəsindəki öz təcrübələrini və diqqət edilməli məqamları nəzərə çatdırıb.

Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

 

 

Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə