«Azercell» mobil rabitə tariflərini endirib

19-06-2009 / 12:53

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti abunəçiləri üçün yeni güzəştli - «Super Bizdənbizə» tarif paketini istifadəyə verib.

Şirkətdən xeberler.az-a verilən məlumata görə, bu gündən etibarən yeni tarif paketində SimSim abonentləri «Azercell» şəbəkəsi daxilində 4 saniyə=1 kontur, ölkədaxili digər şəbəkələrə edilən zənglərdə isə 1 saniyə=2 kontur tarifi ilə danışacaq.

Fakturalı xətt abonentlərinə gəlincə isə aylıq abunə haqqı olmayan «Super Bizdənbizə» tarif paketində abonentlər «Azercell» şəbəkəsi daxilində 1 dəqiqə=5 qəpik, ölkədaxili digər şəbəkələrə edilən zənglərdə isə 1 dəqiqə=30 qəpik ödəyəcəklər.

Yeni tarif paketinə qoşulmaq üçün SimSim abonentləri 7575 nömrəsinə, Fakturalı xətt abonentləri isə 650 nömrəsinə «Super» sözünü yazıb SMS vasitəsi ilə göndərməlidir.

Qeyd edək ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir.Hal-hazırda şirkətin  3,7 mln. abunəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə