«Azərpoçt» bölgələrdə yeni poçt şöbələri açır

06-05-2009 / 17:19

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi mayın 10-da Samux Poçtamtının inzibati binası, Ağdam poçt filiallının Paşabəyli kəndində poçt şöbəsinin binası, Füzuliin Aşağı Kürdmahmudlu kənd poçt şöbəsinin binası istifadəyə veriləcək.

«Azərpoçt»dan verilən məlumata görə, yeni poçt şöbələrinin açılışı Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr edilib.

Bununla yanaşı, 28 May - Respublika günü münasibətilə mayın 25-də əhali ilə «Qaynar xətt» vasitəsilə birbaşa bağlantı yaradılacaq.

Həmçinin, Şəmkir poçt filialının Yeni Həyat və Qılıncbəyli kəndləri, Qusarın Cağar poçt şöbələsi üçün binalar istifadəyə veriləcək.

Bundan başqa, 15 iyun - Qurtuluş günü münasibəti ilə rayonlarda gənclərlə görüşlər, yerlərdə vətəndaşların qəbulu keçiriləcək, Qazax poçt filialının Cəfərli və Fərəhli kənd şöbələrinin yeni binaları istifadəyə veriləcək. APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə