«Wap-resurs»ların sayının kəskin sürətdə artması narahatlıq doğurur

10-02-2011 / 12:29

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Təhlükəsiz İnternet Gününə (Safer Internet Day) həsr olunmuş dəyirmi masa keçirilib.

Nazirlikdən verilən məlumata görə, toplantıda bir sıra QHT nümayəndələri, dövlət orqanları, IT-şirkətlər, eləcə də ekspertlər internetdə uşaqların təhlükəsizliyi və onların təhlükəli kontentdən qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, 2011-ci ilin mövzusu «Bu, adi bir oyundan daha ciddidir, bu sənin həyatındır» şüarı ilə cəmləşdirilən «bizim virtual həyatlarımız» anlamıdır.

Nazir müavini qlobal şəbəkənin şübhəsiz üstünlükləri ilə yanaşı, müəyyən fəsadlar doğurduğunu da bildirib. Bu, xüsusən uşaqların internetdən istifadəsi zamanı özünü büruzə verir: «Təəssüf ki, uşaqlar və yeniyetmələr əksər hallarda onların real həyatlarına zərər gətirə biləcək internet mühitin neqativ təsirinin təhlükəsini sonadək anlamır».

E.Vəlizadə əlavə edib ki, hazırda bütün dünya ictimaiyyəti uşaqların təhlükəli kontentdən qorunması problemi haqqında düşünür və bu problemin həlli üçün kompleks yanaşma lazımdır.

Tədbir iştirakçıları son illər ərzində insanın real və virtual həyatları arasındakı qarşılıqlı əlaqənin daha da yaxınlaşdığını vurğulayaraq, bunun əsasən gənc nəslin nümayəndələrində daha aydın təzahür edildiyini qeyd edib.

Tədbirdə həmçinin qeyd olunub ki, filtrasiya sistemi şagirdlər üçün potensial təhlükəli kontentin qarşısını alır.

Toplantıda həmçinin zərərli informasiya ilə dolu «wap-resurs»ların sayının kəskin sürətdə artmasından narahatlıq ifadə edilib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə