«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022 / 10:35

«Azercell»in bəzi internet paketləri ləğv edilir.

Xeberler.az məlumat verir ki, şirkətin açıqladığı məlumata görə, 25 oktyabr 2022-ci il tarixdən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən "GəncOl 2", "GəncOl 6" və "GəncOl 9" tarifləri daxilində "Zvuk", "Busuu", "iVi", "Bookmate" tətbiqlərinin istifadəsi üçün təqdim olunan 750 MB, 3 GB və 6 GB pulsuz mobil internet xidməti ləğv ediləcək.

Abunəçilər göstərilən dəyişikliklər, eləcə də müvafiq tariflərin şərtləri barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com<http://www.azercell.com/>), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə