«Azercell» ötən ilin yekunlarına dair mətbuat konfarnsı keçirib

27-04-2009 / 16:40

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin prezidenti Ali Ağan bu gün Bakıda şirkətin 2008-ci ildə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən A.Ağan dünyada baş verən maliyyə böhranı və Azərbaycanda güclənən rəqabət fonunda şirkətin çox uğurlu nəticələr əldə etdiyini vurğulayıb. Belə ki, ötən il ərzində «Azercell» Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 72,1 mln. ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 13 il ərzində isə ümumilikdə 1 mlrd. dollar həcmində sərmayə yatırıb. Ötən il şirkətin ödədiyi vergilərin məcmu həcmi 163 mln. dollar olub ki, bu da Azərbaycanın qeyri-neft sektoru üzrə toplanılan vergilərin 10%-nə, ümumilikdə Azərbaycan büdcəsinin isə 2%-nə bərabərdir.

A.Ağanın sözlərinə görə, hazırda şirkət Azərbaycan mobil rabitə bazarında 60% paya malikdir, ölkənin ərazisinin 80%-ni əhatə edir, Azərbaycan əhalisinin isə 99,6%-i «Azərcell»in xidmətlərindən istifadə edə bilir.

Bununla yanaşı, hesabat ilində şirkət öz işçilərinin inkişafına təxminən 2,3 mln. dollar, sosial layihələrin icrasına 2,5 mln. dollar xərcləyib. Son məlumatlara əsasən, mobil operatorun 3,5 mln. abunəçisi var və 2009-cu ilin sonuna kimi bu göstəricinin 4 mln-dək artırılması nəzərdə tutulub.

A.Ağan əlavə edib ki, bu il «Azərcell» 140-dan artıq baza radiostansiyası quraşdırmaq niyyətindədir. Bununla yanaşı, cari il üçün şirkətin əsas hədəfləri yeni texnologiyaların tətbiqi və onların əsasında müştərilərin istəklərinə uyğun xidmət və tarif paketlərinin tətbiqi, sosialyönümlü layihələrin və s. tədbirlərin həyata keçirilməsidir.

Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin hazırda 3,5 mln. abunəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə