«Azercell»dən 1 manatlıq danışıq kartı

03-04-2009 / 16:13

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti SimSim abunəçilərinə yeni kampaniya çərçivəsində 1 manatlıq yeni yükləmə kartı təqdim edib.

Şirkətdən xeberler.az-a verilən məlumata əsasən, kampaniya müddətində SimSim abunəçilərinə 1 manat nominallı kartı yükləyərkən onların balansına 160 ümumi-təyinatlı konturlar və hədiyyə olaraq «Azercell» şəbəkəsi daxilində gecə saatlarında zənglər üçün istifadə edilə bilən 160 kontur əlavə olunur.

Qeyd edək ki, hədiyyə olaraq balansa yüklənən konturlar SMS, MMS, GPRS və rouminq xidmətləri üçün istifadə oluna bilməz.

Bizdən-Bizə və GəncSim abonentləri 7 gün müddətində, Açıq xətt tarif paketinə üzv olan abonentlər isə 14 gün ərzində yüklədikləri danışıq kartından istifadə edə bilərlər. Kampaniya bu ilin iyun ayının 30-dək davam edəcək.

Qeyd edək ki, kampaniya müddətinin bitməsindən sonra yüklənən 1 manat nominallı kart üzrə yalnız ümumi təyinatlı konturlar abonentlərə təqdim olunacaq.

Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə