«Azercell»dən növbəti «Roamcell» xidməti

19-03-2009 / 14:43


 Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin abonentləri artıq Gürcüstanda da öz nömrələrindən istifadə edə biləcəklər.

Şirkətdən xeberler.az-a verilən məlumata əsasən, hazırda «Azercell» şirkəti 17 ölkədə 23 mobil şəbəkə operatoru ilə «Camel» xidmətinə qoşulub. «RoamCELL» xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.

Qeyd edək ki, bu gönə kimi «Azercell»in fakturasız xətt abonentləri Türkiyə, Ukrayna, Rusiya, BƏƏ, Moldova, İsrail, Özbəkistan, Belçika, Litva, Pakistan, İtaliya, Belarus, Əfqanıstan, Bolqarıstan, Qırğızıstan və Qazaxıstanda rouminq xidmətindən yararlanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə