2012-ci ilədək dünya əhalisinin 30% internetdən istifadə edəcək

23-07-2008 / 16:22
Cari ilin sonunadək dünya əhalisinin təxminən dörddə bir hissəsi, yəni 1.4 milyarda yaxın insan müntəzəm qaydada İnternet Şəbəkəsindən istifadə edəcək. Bu göstəricilər IDC şirkətinin yeni araşdırmalarında qeyd olunub. 2012-ci ilədək isə Şəbəkə imkanlarından, 1.9 milyarddan çox, yəni dünya əhalisinin təxminən 30% bəhrələnəcək.

IDC mütəxəssislərinin proqnozlarına əsasən, 2012-ci ilədək Şəbəkəyə daxil olmaq üçün istifadə olunan mobil qurğuların sayı, internetə qoşulmuş kompüterlərin sayından xeyli artıq olacaq.

Şəbəkə çərçivəsində istifadəçilər məlumat axtarışı, onlayn-mağazalar vasitəsi ilə alış-veriş, elektron məktubların göndərilməsinə daha çox vaxt ayırmaqda davam edəcəklər. Lakin hazırda, web 2.0 – məşğələləri adlanan – istifadəçi videosunun baxılmasına, bloqların aparılmasına, sosial şəbəkələrdə iştiraka daha çox diqqət ayrılır. IDC analitikləri əmindirlər ki, gələcək 4-5 il ərzində sosial şəbəkələr daha populyar olacaqlar.

2008-ci ildə insanlar Şəbəkəyə daxil olmaq üçün 1.5 milyarddan çox qurğu istifadə edirlər ki, bu qurğuların arasında personal kompüterlər, mobil telefonlar və oyun qurğularını qeyd etmək lazımdır. 2012-ci ilə kimi bu cür qurğuların sayının 3 milyardadək artması gözlənilir. Bu zaman, bunların yarısını mobil qurğular təşkil edəcək, Cnews yazır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə