ABŞ-ın 20% sakini onlayn-ödəmədən imtina edib

31-10-2008 / 13:00
National Cyber Security Alliance (NCSA) təşkilatının yeni araşdırmasında deyilir ki, əksər amerikalılar öz hesablarının itməsindən qorxaraq onlayn alış-verişdən imtina etmək qərarına gəliblər.
Tədqiqatın nəticələrinə görə,  ABŞ alıcılarının 20 faizi şəxsi hesablarının itməsindən o qədər qorxublar ki, internetdə alış-verişi məhdudlaşdırır ya da ümumiyyətlə ləğv edirlər.
Bundan əlavə, sorğu iştirakçılarının 40 faizi bəyan edib ki, yalnız tanış olduqları saytlara daxil olurlar. 22% iştirakçı isə qeyd edib ki, onlar artıq öz hesablarında oğurluq halları ilə rastlaşıblar. Cinayətkarlar onların bank hesablarına daxil olmağa, kredit kartının nömrəsini oğurlamağa və ya onların hesabına kredit götürməyə cəhd ediblər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə