Acer 18.4 düymlük dizüstü notebook`larını satışa çıxardı

08-04-2009 / 18:57

Kompüter istehsalçısı Acer multimedia sevərlər üçün Aspire 8730 və Aspire 8530 dizüstü notebook`ları satışa çıxarıb. Modellərin satış qiyməti 1070 $-dır. Yeni modellər 16:9 kənar nisbəti ilə 18.4 düymlük ekrana malikdir.

 Full-HD-nin ölçüsü isə 1920 x 1080 piksel-dir. Acer Aspire 8730 ardıcıllığı 2,0 ilə 2,53 GHz arası sürətlərdə işləyən İntel Core 2 Duo prosessorlarıyla çalışır. Aspire isə 8530 1,9 GHz -2,1 GHz arası sürətlərdə işləyən AMD Turion və ya Athlon Dual Core Mobilə prosessorları ilə birlikdə təqdim edilir. Prosessorları 4 GB DDR2 yaddaş dəstəkləyir.

 Hər iki model üçün də daxili yaddaşı 1 GB olan Mobility Radeon HD 4650 və 512 MB daxili yaddaşlı Mobility Radeon 4570 təqdim edilir.

Bundan əlavə notebookların əlaqə vasitələri -LAN, WLAN 802.11 b/g Draft-n və Bluetooth var. Cihazların xariclə əlaqəsini isə 4 USB portu, ExpressCard slotu və HDMI çıxışı tənzimləyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə