ADR – 100 adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

26-12-2019 / 19:04

25 may 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC tərəfindən dövriyyəyə buraxılmış “Azərbaycan Demokratik Respublikası – 100 il” adlı poçt bloku Vyana beynəlxalq filateliya sərgisinin (Wiener Internationale Postwertzeichen-Ausstellung – WIPA) ilk onluğuna daxil olub.

Xeberler.az bildirir ki, sözügedən poçt blokunun üzərində xüsusi gümüşü örtüklə Azərbaycan Respublikasının xəritəsi əks olunub. Markanın perforasiya xətti isə Azərbaycan Demokratik Respublikasının dövlət sərhədlərini göstərir. Poçt blokunun üzərində “1918 – 2018. Azərbaycan Demokratik Respublikası – 100 il” və “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Heydər Əliyev” sözləri yazılıb.

Bir markadan ibarət poçt blokunun ölçüsü 90x100 millimetrdir. “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış blok Fransanın “Cartor Security Printing CSP” mətbəəsində 5000 ədəd tirajla çap edilib.

Qeyd edək ki, “WIPA” beynəlmiləl filateliya sərgisi 1881-ci ildən qeyri-müntəzəm olaraq Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Burada dünyanın ən gözəl poçt markası seçilir. “ADR-100” adlı poçt bloku 50 ölkə arasında 10-cu yerə layiq görülüb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə