Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010 / 16:52

Xeberler.az portalının yeni rublikası «Seçki və İKT» start götürür.

İlk müsahibimiz noyabrın 7-də keçiriləcək Parlament seçkilərində namizədliyini 36 saylı Xətai 4-cü Seçki Dairəsindən irəli sürmüş Aydın Xan Əbillidir.

 Aydın bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edəcəksiniz?

Tarixə nəzər salsaq görərik ki, hələ 2000-ci illərin əvvəllərində  Cənubi Koreyada prezident seçkiləri zamanı seçilən yeni prezident, yeni texnologiyalardan və internetdən maksimum yararlanaraq birinci yer tutmuşdu. O vaxt onlar internetdə özlərinin seçki qərərgahlarını yaratmışdılar. Hər bir seçici də məhz internet vasitəsi ilə namizədlərlə əlaqə saxlamaq imkanı əldə edirdi. O vaxtdan 10 il vaxt keçib və bu gün də internet seçkilərdə böyük rol oynayır. Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin. Yəni seçki məntəqəsinə gəlmədən seçicilər səslərini internet vasitəsi ilə versinlər. Bu həm də seçkidə olan qanunpozuntularının, saxtakarlıqların qarşısını alar. Dünya ölkələri artıq bu prosesi həyata keçirib. Biz də buna getməliyik.

 Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?

Mən və mənim komandam seçki təşviqatı zamanı, insanlara internetin müsbət xüsusiyyətlərini aşılamağa çalışırıq. Çünki seçkidə seçicilərlə görüşmək üçün internetin əvəzsiz rolu var. Bir çox insanlarla ünsiyyət qurmaq, onların problemlərini bilmək üçün internet vacibdir.

 Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

Əlbəttə ki, sosial şəbəkələr daha üstündür. Çünki, bloqlar və vebsaytların sayı olduqca çoxdur. Məsələn, mənim şəxsi bloquma gün ərində 100-150 nəfər adam girirsə, facebookdakı profilimə 200-250 nəfər reaksiya verir. Sosial şəbəkələrin bir digər üstünlüyü ondadır ki, burda yazdığım hər hansı bir təklifi bəyənənlər də var, bəyənməyənlər də. Hər kəs öz fikrini geniş şəkildə burada ifadə edə bilər. Azərbaycandakı sosial şəbəkənin səviyyəsinə  hər halda normal demək olmaz. Bir çox istifadəçilər var ki, şəbəkələrdə tanışlığı üstün tuturlar, bəziləri yerlibazlıqla məşğuldur. Ancaq, digər dövlətlərin auditoriyasını götürsək, tam fərqli mənzərə ilə qarşılaşmış olarıq.

 Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

Bütün dünyada belə bir qayda var ki, seçki zamanı cəmiyyət aktivləşir. Bəziləri bunu siyasi gərginlik də adlandırır, bəziləri isə cəmiyyətin öz gələcəyini düşünməsi və öz gələcəyinə qayğılanması kimi də qəbul edir. Bu baxımdan mən inanmıram ki, Azərbaycanda bu sahədə hansısa bir gərginlik gözlənilir. Yalnız bu hal məhkəmə qərarı ilə hansısa bir qanunpozuntusuna yol verildiyi zaman baş verə bilər. Sosial şəbəkənin hamı üçün xeyri var. Təsəvvür edin sosial şəbəkə vasitəsi ilə biz bütün dünya azərbaycanlıları ilə əlaqə yarada bilirik. Hətda, Cənubi Azərbaycanla da əlaqə yaradırıq. Onu da qeyd edim ki, CNN kanalı Çingiz Mustafayev haqqında film çəkmək istəyirdi amma ermənilər buna qarşı çıxırdı. Facebookda biz ermənilərlə mübahisələr apardıq və sonunda Çingiz haqqında filmin çəkilməsinə nail olduq. Bu da sosial şəbəkələrin bir digər üstünlüyüdür. 

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə