Azərbaycan «Cip» avtomobilləri istehsal edəcək

29-10-2010 / 06:12

Zavodun direktoru Musa Abdullayev açıqlamasında bildirib ki, müəssisə indiyədək zavoda buraxılan «Lifan» avtomobillərini bundan sonra avtomat sürət qutusu ilə istehsal etməyi planlaşdırır. Söhbət «Lifan 320», «Lifan 520» və «Lifan 620» modellərinin avtomat sürət qutusu ilə təchizatından gedir.

 «Hazırda bununla bağlı Çin tərəfi ilə danışıqlar aparılır. Avtomat sürət qutusu ilə təmin olunmuş «Lifan»ların qiyməti indiyədək buraxılandan təxminən 800-1000 manat yüksək olacaq», - deyə M.Abdullayev bildirib. Qeyd edək ki, NAZ-da mexaniki sürət qutusu ilə buraxılan «Lifan»lar mühərrikin gücü və komplektləşdirmədən asılı olaraq 8 200 - 13 000 manata satılıb. Gələn ildən etibarən zavodda «ofrouder» («cip») tipli avtomobillərin buraxılması da gözlənilir. Bununla bağlı Çin tərəfi ilə danışıqlar aparıldığını deyən direktorun sözlərinə görə, söhbət mühərrikinin həcmi 2,4-2,7 litr olan, 4x4 aparıcı sxemi ilə işləyən «Lifan» modelinin Naxçıvanda istehsalından gedir. M.Abdullayev bildirib ki, indiyədək bu model başqa ölkələrdəki sınaqlarda yaxşı nəticələr göstərib. Paralel olaraq NAZ «cip»lərin buraxılması üçün Avropanın avtomobil zavodları ilə də danışıqlar aparır.

Xatırladaq ki, 2010-cu ilin əvvəlindən indiyədək Naxçıvan Avtomobil Zavodunda 451 ədəd «Lifan» avtomobili buraxılıb və ondan 198-i artıq satılıb. İlin sonunadək istehsal olunan avtomobillərin sayının 600-650-ə çatacağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə