Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

14-01-2021 / 16:14

İnternet dövrümüzün ən böyük kəşflərindən biri hesab olunur.

Pandemiya dövründə isə böyükdən-kiçiyə hər kəsin həyatının ayrılmaz hissəsinə çevrildi. Hazırda internetin bu qədər əlçatan olmasına baxmayaraq, ölkəmizdə hələ də bir çox ərazilərdə bu xidmətdən yararlanmaq olduqca çətindir.

Paytaxt Bakının bəzi ərazilərində, xüsuslə qəsəbə və kəndlərdə KTV, Ailə TV və s kimi şirkətlərin kabel yayımları yoxdur. Bölgələrdə isə insanlar daha çox mobil internet paketlərindən istifadə edirlər. Bu isə həm bahalı, həm də əksər zamanlarda keyfiyyətsiz xidmət deməkdir.

Xeberler.az bildirir ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Cebhe.info-ya açıqlamasında qeyd edib ki, bununla bağlı proqram hazırlanmalıdır: “Mən düşünürəm ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkcə Bakı ətrafı ərazilər deyil, ümumi ölkə üzrə internetin əlçatımlılığı üçün bir proqram ortaya qoymalıdır. Bir neçə il öncə belə bir proqram nəzərdə tutulmuşdu, amma reallaşmadı. Hazırda nazirliyin özünün 2 provayderi mövcuddur: “Aztelekom” və “Baktelekom”. Məhdud resurslar olduğuna görə onlar da bu problemi addım-addım həll edə bilərlər”.

Ekspert bildirib ki, Bakı və Bakı ətrafı ərazilərdə LTE texnologiyalarından istifadə etməklə, problemi aradan qaldırmağa çalışılır:

“Lakin bununla da ölkədə keyfiyyətli internet problemini həll edə bilmərik. Bu üsulla bir il ərzində cəmi bir neçə rayonun internetlə təmin edilməsi mümkün ola bilər. Ölkə əhalisinin də 50%-nin kəndlərdə yaşadığını düşünsək, bunu necə həll edək?”


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə