Bakıda yeni «Azercell Express»

02-09-2010 / 04:24

Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan «Azercell Telecom» şirkəti Bakıda yeni «Azercell Express» ofisini istifadəyə verib.

 Yeni ofis Yusif Səfərov küç. 9/16 ünvanında (yeni inşa edilmiş Ali Məhkəmənin yaxınlığında) yerləşir.

«Azercell Express» ofislərində abonentlər telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə ala bilər. «One stop shopping» adlanan bu konsepsiya təkcə Azərbaycanda deyil, ümumiyyətlə, regionda ilk olaraq «Azercell Telecom» tərəfindən təqdim olunub.

Qeyd edək ki, hazırda Bakıda 11, bölgələr üzrə isə 17 «Azercell Exspress» ofisi fəaliyyət göstərir. Bununla yanaşı, paytaxtda 4, regionlarda isə 7 Müştəri Xidmətləri Mərkəzi fəaliyyətdədir. Ümumilikdə bu il ərzində Qazax və Göyçayda, həmçinin Bakının Yasamal və Səbail rayonlarında yeni «Exspress» ofislərinin açılışı baş tutub. Cari ilin sonunadək isə Bakı, Tovuz və Xırdalanda yeni ofislərin açılması nəzərdə tutulub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə