Buffalo daşıyıcıları – daha kiçik və rahat

29-09-2008 / 14:11
Yapon şirkəti Buffalo sərt disklərin yeni - MiniStation Shinobi buraxılışını təqdim etdi. Onların fərqləndirici xüsusiyyəti yığcam ölçülərdə (86x56x5 mm) və az çəkidə (60 qr.) olmalarıdır. Bu nəticəyə nail olmaq üçün 1,8” ölçülü sərt disklərin konstruksiyasından istifadə edilib. Bununla belə, miniatür disk 30 Gb və ya 60 Gb məlumat saxlaya bilir.
Buffalo diskləri kompüterə USB 2.0 interfeysi vasitəsilə birləşir. Əlavə qidalanma tələb olunmur. Windows Vista, XP və MacOS 10.4 əməliyyat sistemləri ilə işləyir.
Yeni daşıyıcıların satışı yaxın zamanda, 30 Gb və 60 Gb həcmlərinə müvafiq olaraq 119 və 169 dollar məbləğində olacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə