Previous Next
Bağla

DTX-nin rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

09-06-2026 17:00
DTX-nin rəqəmsal sistemi dövlət platformalarına inteqrasiya olunur

Azərbaycan Respublikası Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin bir sıra dövlət informasiya sistemləri və elektron platformalarla inteqrasiyasını nəzərdə tutan qərar qəbul edib.

Xeberler.az məlumat verir ki, qərara əsasən, DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısına daxil edilib.

Sənədə görə, sistem həmçinin “Lisenziyalar və icazələr” portalına inteqrasiya ediləcək. Bu çərçivədə DTX tərəfindən verilən lisenziya və icazələr barədə məlumatların portal üzərindən təqdim olunması təmin ediləcək. İntegrasiya prosesinin 2026-cı il ərzində tamamlanması nəzərdə tutulur.

Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısına da əlavə edilib.

Qeyd edək ki, sözügedən qərar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Yeni dəyişikliklərin dövlət informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsinə, rəqəmsal idarəetmə imkanlarının artırılmasına və dövlət xidmətlərinin daha operativ həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron prokurorluq” dövlət resurslarına inteqrasiya olunur

28-06-2022

ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

23-04-2016

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb

10-07-2023

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

Dövlət Təhlükəsizliyi Xidmətinin saytı istifadəyə verilib

08-04-2016

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin Siyahısı” genişləndirilib

21-11-2024

Taksi operatorlarının Vergi Xidmətinə ötürülməli olan məlumatlarının siyahısı hazırlanacaq

15-01-2024

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026

Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

04-09-2021

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023

İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri təsdiq edilib

09-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə