Gmail – offline-da

28-01-2009 / 17:45

Google şirkəti öz poçt xidmətinin funksiyalarını genişləndirib. Indi Gmail-də İnternetə qoşulmadan işləmək mümkündür. Bu barədə Google-nin rəsmi bloqunda məlumat verilir.

Artıq Gmail istifadəçisi oflayn rejimdə poçtunda olan məktubları oxuya bilər. Həmçinin yeni məktublar yaza bilər. Son yazılan məktublar İnternetə qoşulan kimi dərhal avtomatik olaraq göndəriləcək.

Gmail-in oflayn rejimini əlavə etmək üçün proqram düzəlişlərində müvafiq funksiyanı aktivləşdirmək lazımdır. Bunun üçün \"Seetings\" bölməsinə daxil olub \"Labs\" əlavəsində “Gmail Offline” rejimini seçmək lazımdır.

Yeni sistemin işi Google Gears texnologiyası əsasında yaradılıb. O, İnternetə qoşulmadan Google-nin onlayn-əlavələrini sonrakı istifadə üçün sərt diskdə saxlamağa imkan verir.

Qeyd edək ki, daha əvvəl Google, Google Docs ofis paketi üçün sənədlərin oflayn redaktəsi funksiyasını təqdim etmişdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə