Google Maps`a yenilik əlavə olundu

22-04-2009 / 12:46

Google dünyanı kompüterinizə gətirən Google Maps xidmətini inkişaf etdirməyə davam edir. Əlavə olunan yeni xüsusiyyətin köməyilə xəritə üzərində araşdırdığınız bölgəyə aid webcam görünüşlərini də görmək mümkün olacaq.

 Bunu etmək üçün xəritə görünüşü üzərində, sağ üst hissədə olan “More” düyməsini basıb, açılan menyudan "Webcams" variantını işarələmək lazımdır. Daha sonra xəritədə yaranan webcam işarələrinə basaraq, görünüşü aktiv hala gətirə bilərsiniz.

 Xidmətin tək çatışmayan cəhəti alınan görüntülərin canlı webcam videosu olmamasıdır, sadəcə yaxın zamanlarda webcam görünüşündən seçilmiş bir kadrdır. Buna baxmayaraq, yeni xidmət araşdırdığınz bölgəyə aid müəyyən fikirin yaranmasına kömək edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə