Məktəblilər üçün robototexnika təlimləri – Ödənişsiz

12-04-2018 / 13:26

Qərbi Kaspi Universiteti Texnoparkı nəzdində fəaliyyət göstərən “Robototexnika Klubu” məktəblilər üçün təlimlər təşkil edir.

Belə ki, Robototexnika Klubunun müəllim və tələbələri tərəfindən Bakı şəhər məktəbliləri üçün ÖDƏNİŞSİZ təlimlər keçiriləcək. Təlimlər yalnız 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Təlimlər dərs saatları xaricində keçiriləcək.

Təlimlər zamanı məktəblilərə LEGO EV3 platforması və ARDUİNO üzərində təlimlər keçiriləcək.

Təlimlərə 16 aprel, 2018-ci il tarixindən start veriləcək.

Təlimə iştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat burada.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə