Microsoft Office 2010`un beta versiyasını yaymayacaq.

17-04-2009 / 02:15

Microsoft şirkəti Office 2010`un beta versiyasının testlərini açıq şəkildə keçirməyəcəyini bildirib. Bunun əvəzinə yeni proqram təminatını sınaqdan keçirmək üçün istifadəçiləri Microsoft özü seçəcək.

Sınaqların 2009-cu ilin 3-cü kvartalında başlayacağı bildirilir. Şirkətin açıqlamasında bildirilir ki, testerlərin siyahısına minlərlə istifadəçi daxil ediləcək ki, onların da tərkibində şirkətin işçiləri, partnyor kompaniyaların işçiləri və adi insanlar olacaq.

Həmçinin bildirilib ki, Office 2010 iki ayrı versiyada təqdim olunacaq, 32 və 64 bitlik versiyalarda.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə