Nazir müavini AQEM-in İcraçı direktoru ilə görüşüb  

06-07-2022 / 20:18

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) İcraçı direktoru Kayrat Sarıbayın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.

 

Xeberler.az bildirir ki, görüşdə “Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı” sahəsində etimad quruculuğu tədbiri üzrə əlaqələndirici qismində Azərbaycan Respublikasının AQEM-lə əməkdaşlığına dair məsələlər müzakirə olunub.

 

Eyni zamanda ölkəmizin nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakı və regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə