Nokia 5800 XpressMusic`in proqram təminatı yeniləndi.

31-03-2009 / 11:22

Nokia kompaniyası özünün ilk sensor ekranlı smartfonu olan 5800 XpressMusic`in proqram təminatının yeni versiyasını hazırlayıb. Belə ki, kompüter vasitəsilə Nokia Software Updater proqramının köməkliyi ilə pulsuz yükləmək mümkündür.

Yeni proqram təminatında internet qoşulmalarının sürəti artırılıb, poçtla iş yaxşılaşdırılıb və smartfonun yaddaşında axtarış daha da sürətləndirilib.

Digər yeniliklərə gəldikdə isə: qrafik interfeys daha sürətli olub, fotokameranın funksiyalılığı artırılıb, hazır Mobile Dictionary funksiyası ilə təmin edilib və ən əsası proqram təminatını telefondan yeniləmək üçün Application Update əlavə olunub.

Proqram təminatını yeniləməzdən öncə telefonun yaddaşında olan bütün məlumatları kompüterdə və ya digər telefonda saxlamaq lazımdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə