Peyklərimiz düşməndən müdafiəyəyə kömək edir? – Ekspertdən Açıqlama

07-10-2020 / 16:35

Məlumdur ki, Azərbaycan Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC-yə sahibdir.

Qeyd edək ki, “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

Bu, Azərbaycana müdafiə məsələsində əlavə imkanlar yaradırmı? Azərbaycanın arsenalında olan peyklər düşmənin cəmləşdiyi yerləri təyin etmək gücünə malikdirmi?

Xeberler.az-ın məlumatına görə, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz açıqlamasında bildirib ki, Azərbaycanın peyklərindən ikisi hərbi təyinatlı deyil:

“Onlar telekommunikasiya siqnallarını çatdırmaq üçün istifadə olunur, amma fövqəladə hallarda biz burada olan internetdən də istifadə edə bilirik. Amma bunlardan əlavə “Azersky” müşahidə peykimiz var ki, onun imkanlarından istifadə edirik. Onun vasitəsilə Ermənistan ərazisindən mülki əhaliyə atılan raketlərin koordinatorlarını öyrənmək mümkündür. Bunun vasitəsilə sənədlər, sübutlar toplayıb beynəlxalq institutlara müraciət edə biləcəyik”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə